Bakının Nəsimi rayonu, Azadlıq prospekti, 87 ünvanında yerləşən binanın fasadı təmir olunub. Bu haqda bu gün, 23 may tarixində Rayon İcra Hakimiyyəti məlumat verib.

Binanın fasadında və eyvanlarında uçub-tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib, bərpa olunub və rənglənmə işləri aparılıb. Eyni zamanda yağış sularını axıdan boru və navalçalar dəyişdirilib, binanın qapı və pəncərələri yeniləri ilə əvəz olunub.

Azadlıq prospektində yerləşən binanın fasadı təmir olunub
Foto Nəsimi rayon İcra Hakimiyyəti