Tələbə Bakıda yol qəzasında ölüb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
20 yaşlı Cavad İsgəndərli paytaxt ərazisində yol qəzasına düşüb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər gəncin həyatını xilas edə bilməyiblər.
C.İsgəndərli Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi olub.