Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 32, 32A, 38A və Səməd Vurğun, 2 ünvanlarında yerləşən memarlıq abidələrinə qanunsuz müdaxilə olub. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları 3462 və 3417 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidələrinə baxış keçiriblər. Yoxlamalar zamanı məlum olub ki, hər iki tarixi abidənin birinci mərtəbəsinin fasad hissəsi boya ilə rənglənib. Həmin binada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerləşir.
Hazırda Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları abidənin ilkin vəziyyətini bərpa etmək üçün tədbirlər görürlər. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Həmin binalar 1898 və 1899-ci illərdə inşa olunub.