“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda yeni gəmi istehsal edilib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir.
“ASCO 1” adlı gəminin uzunluğu 26, eni 6,7, bortunun hündürlüyü 3, suya oturumu 1,8 m təşkil edir. Onun ağırlığı 14 tondur. 6 nəfərlik heyətlə idarə olunan gəmi 9 düyünlə hərəkət edəcək. Yedək gəmisi göyərtəsində 3 tonadək yük daşıya biləcək.
Hazırda Zavodda daha 5 ədəd eyni tipli gəminin inşası davam edir. Bu gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.