Bakı məktblərinin 1-ci siniflərinə müraciət edənlərin sayı açıqlanıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
23 may saat 10:00-a olan məlumata əsasən, 28.071 uşaq 1-ci sinifdə təhsil almaq üçün müraciət edib. Qeydiyyat prosesi 14 sentyabr tarixinə qədər davam edəcək.
Qeydiyyatdan keçmək üçün https://mektebeqebul.edu.az/ portalından və ya alternativ qeydiyyat mərkəzləri, WhatsApp (050 996 76 63, 050 996 36 62, 050 996 46 68), həmçinin 5 və 7 saylı “ASAN xidmət” və ya Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzinə müraciət etmək mümkündür.