Daha bir küçədə ilan tapılıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.

Hadisə metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında, Mətbuat prospekti, 501-ci məhəllədə baş verib. Yaşayış binasının tam girişində ilan aşkarlanıb. Sakinlər ilanı zərərsizləşdirərək, uzaqlaşdırıblar.

Ötən gün Nizami rayonunda ilan peyda olmuşdu.