Bakı parklarının əksəriyyətində günəşli havada oturacaqlarda oturmaq olmur. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, paytaxtın bir çox parklarında oturacaqlar kölgəlikdə yerləşdirilməyib. Bu da günəşli havada narahatlıq yaradır. Sakinlər bildirirlər ki, isti və günəşli havada bir neçə oturacaq kölgəlikdə olur ki, onlar da çox vaxt məşğul olur.
“Günün altında necə oturaq? Bütün oturacaqlar boşdur, ancaq gündən oturmaq olmur. Bir az ağaclar olsaydı, yaxşı olardı”, – deyə sakinlər bildirirlər.
Ekspertlərin fikrincə, parkların salınması zamanı bir çox nüanslara diqqət yetirilmir. Bu səbəbdən də parklarda istirahət etmək narahatdır.
