Bakının Xəzər rayonu ərazisində su kanalı məişət tullantıları ilə doludur. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Verilən məlumata görə, yerli sakinlər zibili kanala atırlar.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov iddianı təsdiq edib: “Yerli icra hakimiyyəti, bələdiyyələr bu cür kanalların ətrafında yaşayan insanların məişət tullantılarını atmaları üçün zibil qutuları qoymalıdır. Su anbarlarını, kanalları qorumalıyıq. Çünki həmin zibillər su təsərrüfatı qurğularını sıradan çıxarır. Bəzən suyun qarşısı tutulur. Bizim əməkdaşlar əraziləri gəzir, yerli kanalları təmizləyirlər, həftəsonu yenə çirkləndirilir. Problem kökündən həll edilməlidir”.