Binəqədi rayonunda kafedə yanğın baş verib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Ümumi sahəsi 1200 kv.m olan bir-birinə bitişik obyektlərdən birinin dam örtüyü 50 kv.m sahədə alışıb. Obyektin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.