Bakının Binəqədi rayonu, Çiçək qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Qəsəbədə yaşayan 54 yaşlı Namiq Abbasov yaşadığı evin dəhlizindəki turnikdən özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.