Bakıda yağ emalı müəssisəsində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən obyektdə  “Medoil” və “Kavvamli” adlı məhsullar istehsal olunur.

Araşdırma zamanı yağ məhsullarının emal və son istifadə tarixlərinin səhv yazıldığı, məhsulların dərman və bioloji aktiv olduğu barədə yalan məlumat verildiyi, eləcə də qidaların guya Türk Qida Kodeksinə uyğun olduğu bildirilməsi məlum olub.

Bundan əlavə, müəssisədə dezinfeksiya işlərinin aparılmadığı və işçilər üçün şəraitin yaradılmadığı, eləcə də müvafiq sənədlərin olmadığı aşkarlanıb.

Faktlarla bağlı sahibkar məsuliyyətə cəlb olunub. Araşdırmalar davam edir.

Bioloji yağ adı ilə məhsul satan obyekt aşkarlanıb
Foto AQTA