Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə başlayır. Bu haqda bu gün, 23 may tarixində Report məlumat verib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarov tərəfindən baxılacaq.
Hadisə cari ilin fevral ayında Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Pakizə Məmmədova yaşadığı evdə münaqişə zamanı kəsici alətlə öldürülüb. Cinayət əməlini törətməkdə şübhəli bilinən həyat yoldaşı, 56 yaşlı Aydın Məmmədov saxlanılıb. O, istintaqa təhvil verilib.