Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Bu haqda bu gün, 23 may tarixində Report məlumat verib.
Məhkəmə iclası hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib. Prokuror Səlimxanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti iclas iyunun 5-nə təyin edilib.
Hadisə ötən il noyabrın 26-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. 16 yaşlı Yevlax rayon sakini Turan Rüstəmovu öldürməkdə şübhəli bilinən 20 yaşlı Sumqayıt şəhər sakini Ruslan Səfixanov saxlanılıb. Ruslan Turanı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək öldürüb.