Bakının Suraxanı rayonunda yol qəzası baş verib. Bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 23 may tarixində Report məlumat verib.
19 yaşlı Əli Kazımov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Hadisənin təfərrüatları araşdırılır.