Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirləndirilən Rəvan İsmayılov barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2022-ci il aprelin 6-da Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb. Belə ki, küçədə münaqişə zəminində R.İsmayılov dostu Elgiz Feyzullayevə bıçaqla xəsarət yetirib. Zərərçəkmiş xəstəxanaya çatdırılıb, onun həyatı xilas olunub.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyəti ilə” maddəsi ilə cinayət işi açılıb.