Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 23 may tarixində Report məlumat verib.

36 yaşlı Ramil Mahmudov dava zamanı bıçaqla yaralanıb. O, təcili tibbi yardımın köməkliyi ilə başın təpə-ənsə nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.