Paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində piyada səkiləri zəbt olunub. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.

Belə ki, müxtəlif obyektlərin pilləkənləri piyada səkisini tam zəbt edib, avtomobillər isə yol kənarında park olunub. Sakinlər birbaşa yolun ortası ilə hərəkət etməli olurlar. Bu vəziyyət onların həyatları üçün ciddi təhlükə yaradır.

Maraqlısı odur ki, obyektlərin pilləkənləri də birbaşa avtomobil yoluna çıxır.

Zəbt olunmuş növbəti piyada səkiləri
Foto Avtosfer.az