Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədli bu gün Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçiyə şəhid statusu veriləcək.
15:45 – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri faciəli şəkildə dünyasını dəyişib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verir.
Hadisə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verib. 20 yaşlı Bakı sakini Davud Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.