Bakının Nəsimi rayonunda vətəndaşın kartını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə daxil olan məlumata görə, hadisə mayın 17-də baş verib. Vətəndaş kartın itməsi və həmin gün marketlərin birində həmin kart vasitəsilə 350 manat dəyərində alış-veriş edilməsi barədə polisə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Müşfiq Qədimov saxlanılıb.

Həmçinin daha bir əməliyyat zamanı paytaxt sakini olan digər bir nəfərin bank kartındakı hesabından pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adil Yusubov da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.