Bakıda, Nəsimi rayonu, Azadlıq prospekti, 58a ünvanında bədbəxt hadisə qeydə alınıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Axar.az-a istinadən məlumat verir.

Verilən məlumata görə, yaşayış binasının eyvanı gənc qızın üzərinə uçub.

Nəticədə qız ağır yaralanıb. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.