Bakı şəhəri, Səbail rayonunda yerləşən mağazaların birində Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları tərəfindən külli miqdarda aksiz markası olmayan siqaret aşkar edilib. Bu haqda bu gün, 24 may tarixində DGK-nın mətbuat xidməti məlumat verib.
Mağazada siqaretlərin satışının həyata keçirilməsi müəyyən olunub. Baxış zamanı mağazanın anbarından külli miqdarda – 179 adda 9989 qutu aksizsiz siqaretlər aşkar edilib.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.
