Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdi qeydə alınıb. Bu haqda bu gün, 24 may tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat verib.

İmişli rayon sakini Tamerlan Hüseynovun həbsdə olan Abasqulu Namazova gətirdiyi sovqata baxış keçirilən zaman orada olan 5 ədəd plastik yoqurt qabının içərisində sellofan bükülülərdə ümumi çəkisi 3,06 qram olan psixotrop maddə metamfetamin, ümumi çəkisi 3,400 qram olan narkotik maddə marixuana, ümumi çəkisi 6,143 qram olan narkotik maddə heroin və ümumi çəkisi 0,24 qram olan 6 ədəd metadon həbi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.