Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində mayın 22-də 233 saylı orta məktəbin 8-ci sinif şagirdi olan qız döyülüb. Bu haqda bu gün, 24 may tarixində Baku.ws məlumat verib.
Qızın anasının sözlərinə görə, sinif yoldaşları qızına təzyiq ediblər. Daha sonra onu məktəb tualetinə sürükləyərək döyüblər. Ana hadisə barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis şöbəsinə qızın valideynləri ilə yanaşı, digər məktəblilər də dəvət olunublar.
Verilən məlumata görə, mayın 22-də məktəbdə tənəffüs zamanı məktəbin sanitar qovşağında iki qız arasında mübahisə yaşanıb.
Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, şagirdlərlə və hər iki şagirdin valideynləri ilə müvafiq söhbət aparılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.