Bakı Konqres Mərkəzinin qarşısındakı parkın ərazisində mayın 27-də xanımlar üçün özünümüdafiə təlimləri keçiriləcək. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verir.

Təlim “İdman hamı üçün” layihəsi çərçivəsində baş tutacaq.

Saat 11:00-dan 12:00-dək davam edəcək tədbirə bütün xanımlar dəvətlidir.