Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən iyunun 10-da Bakıdan Lənkəran şəhərinə idman avtomobillərinin yürüşü təşkil olunacaq. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verir.

Yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilərlər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

İştirakçılar üçün xüsusi proqram hazırlanıb. İyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə Lənkəranda çay plantasiyasına ekskursiya olacaq. Yürüş iştirakçılarının hoteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənəcək.