Mayın 23-ü axşam saatlarında Bakının üzərində nadir təbiət hadisəsi – “Da Vinçi parıltısı” və ya ayın kül rəngli parıltısı müşahidə olunub. Səmadakı parıltının fotosunu fotoqraf Faiq Nağıyev paylaşıb.
Şəkillər Həvəskar Astonomlar Cəmiyyəti tərəfindən çəkilib. Fotoqraf yaxın məsafədə yerləşən Venera və Ayın çəkilmiş şəklini də paylaşıb.
“Da Vinçinin parıltısı” belə bir adı 16-cı əsrdə bu fenomeni təsvir edən əfsanəvi italyan rəssamı, heykəltəraş və ixtiraçı Leonardo da Vinçinin sayəsində daşıyır. Fenomen zamanı planetimizin peykinin görünən hissəsinin yalnız 5%-i Günəş tərəfindən işıqlandırılır. Eyni zamanda Yerdən əks olunan günəş işığının kosmik peykimizə dəyməsi səbəbindən Ayın digər hissəsi az da olsa parlayır.