Bakıda vətəndaşı fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Mayın 22-də polisə müraciət edən Bakı şəhər sakini bir nəfərin onun fotoşəkillərini sosial şəbəkədə paylaşdığını və hədə-qorxu gələrək hesabına 380 manat ödətdirdiyini deyib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakini Cahangir Məmmədov müəyyən olunaraq saxlanılıb. Fakt araşdırılır.