Paytaxtın Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən kafedə yanğın baş verib. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Yanğın nəticəsində kafenin mətbəxində 5 kv.m sahədə əşyalar, 10 kv.m sahədə tavan və 80 kv.m sahədə dam örtüyü yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, bitişik tikililər yanğından mühafizə olunub.