Bakının Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən mayın 21-də Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobil qaçırılıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi məlum olub.
Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.