Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19-a yoluxmuş şəxslərə ambulator yardım göstərən tibb işçilərinə müavinətin ödənilməsi müddəti iyulun 1-dək uzadılıb. Bunu təsdiq edən qanun Nazirlər Kabineti tərəfindən mayın 23-də imzalanıb.
Sözügedən tibb işçilərinin aylıq vəzifə maaşının 3 misli miqdarında təcili müavinət müəyyən edilib.
Mövcud qərara əsasən, müavinətlər iş vaxtından artıq işlərə görə 2020-ci il iyulun 1-dən 2023-ci il mayın 1-dək olan müddət üçün işlənmiş saatlara mütənasib olaraq ödənilib.