Paytaxtın Nəsimi rayonu ərazisində piyada səkilərində əsaslı təmir işləri aparılıb. Bu haqda bu gün, 24 may tarixində Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verib.

Həsən Əliyev küçəsi boyunca yararsız hala düşən səkiləri əhatə edən istinad divarları və pilləkənlər tikilərək piyada səkilərində əsaslı təmir işləri aparılıb. Eyni zamanda aqlay daşla üzlənmə, bordürlərin və tamet daşlarının düzülməsi işləri də aparılıb.

Rayon ərazisində təmir işləri davam edir.

Həsən Əliyev küçəsində piyada səkiləri təmir olunub
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı