Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində marketlərin birində qadından pulqabı oğurlanıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə mayın 23-də baş verib. Qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova saxlanılıb. Araşdırma aparılır.