Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 37 ünvanında yerləşən ABAD məhəllədə sabah, 25 may saat 10:00-da Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gimnastika hamı üçün” layihəsi çərçivəsində “Mən gimnast olmaq istəyirəm” adlı tədbir keçiriləcək. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verir.
İdman tədbirinin məqsədi uşaqlar arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtının səmərəli təşkilidir.
Tədbirdə, əsasən, 5-10 yaş kateqoriyasından olan uşaq və yeniyetmələr gimnastika mütəxəssislərinin rəhbərliyi altında keçiriləcək proqrama kütləvi şəkildə qoşularaq isinmə və gimnastika hərəkətlərini yerinə yetirə bilərlər.
İştirakçılar sertifikatlarla təltif olunacaqlar.