Paytaxtın Nəsimi rayonu, Svetlana Məmmədova küçəsində xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 24 may tarixində APA məlumat verib.

Yolların kəsişməsində “Hyundai” markalı maşının sürücüsü idarəetməni itirərək qarşıdan gələn “Toyota Prius”a çarpılıb. “Hyundai”da olan sürücü və sərnişin xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.