Bakının Nizami rayonunda 18 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 24 may tarixində Report məlumat verib.
Mayın 21-də Naxçıvanski küçəsində yaşayan Səriyyə Osmanova evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun axtarışı üzrə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.