Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin həbsdə olan sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin məhkəmə prosesi yekunlaşıb. Bu haqda bu gün, 24 may tarixində Report məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərov tərəfindən hökm oxunub. Zaur Mirzəyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, ötən il avqustun 17-də saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, “Şəxsi həyatın toxunulmazlığını pozma”, “Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma” və “Vəzifə səlahiyyətlərini aşma” maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xüsusi proqram vasitəsilə iş kompüterinə gizli kamera quraşdırıb, 2013-cü ildən 2019-cu ilin sonunadək iş otağında qadınlarla intim münasibətləri lentə alıb, fotolarını çəkib, həmçinin qanunsuz hazırlanmış pornoqrafik materialları yayıb.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.