İki gün əvvəl qucağında azyaşlı uşaqla özünü dənizə ataraq intihara cəhd edən gənc qadın bir gün əvvəl Kliniki Tibbi Mərkəzdən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb. Bu haqda bu gün, 24 may tarixində Bizim.Media məlumat verib.
Üç uşaq anası olan qadın bundan əvvəl də bir neçə dəfə intihara cəhd edib, üstəlik uşaqlarını da öldürməklə hədələyib. Bunu qadının xalası Dürdanə Cəfərova deyib.
Onun sözlərinə görə, son illər qardaşı qızının sinir sistemində problemlər yaranmağa başlayıb.
Hazırda uşaq atasının himayəsinə verilib. APA-dan əldə olunan məlumata görə, Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.