Bakının Dənizkənarı Bulvarında intihara cəhd edən qadın və azyaşlı övladının vəziyyəti məlum olub. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verir.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, azyaşlı evə buraxılıb, anasının müalicəsi davam edir.

Hadisə ötən gün Dənizkənarı Milli Parkda baş verib. İntihara cəhd edən 38 yaşlı N.Cavadova övladı ilə FHN-in əməkdaşları tərəfindən xilas olunub.