Respublika Perinatal Mərkəzində (RPM) dünyaya gələn 845 qramlıq oğlan evə yola salınıb. Bu haqda bu gün, 24 may tarixində Oxu.az məlumat verib.

38 yaşlı Nargilə Əzizova RPM-ə hamiləliyin 28-ci həftəsində kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı diaqnozları ilə daxil olub. 2 mart gecə saatlarında qeysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı anadan olub.

18 may tarixində 79 günlük oğlan ana ilə birgə kafi vəziyyətdə yola salınıb. Həmin gün uşağın çəkisi 1450 qram olub.

Qadın 7 dəfə hamilə olub, onun 3 qızı var. Qızlardan ikisi talassemiya xəstəsidir.