Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonu, İsa Bulağı küçəsində yolun 240 metrlik hissəsinin təmirini başa çatdırıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verir.

Təmir işləri yolun Akademik Həsən Əliyev küçəsindən Fətəli Xan Xoyski prospektinə qədər olan hissəsini əhatə edib.

Yolda aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü götürülüb, piyada səkiləri və bordürlər yenilənib.

Yeraltı kommunal xətlərin yenidən qurulması işləri başa çatdıqdan sonra yeni asfalt-beton örtüyü döşənib. Bundan əlavə, köhnə kanalizasiya sistemi bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb.

Küçədə üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb.

İsa Bulağı küçəsində aparılan təmir işləri yekunlaşıb
Foto Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytı