Bakının Sabunçu rayonunda bıçaqlanma ilə nəticələnən dava olub. Bu haqda bu gün, 24 may tarixində APA məlumat verib.

Sabunçu bazarının yaxınlığındakı kafedə 22 yaşlı Aftandil Hüseynov tanımadığı şəxs tərəfindən döyülüb və bıçaqla yaralanıb. Gənc oğlan xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.