Bakının Suraxanı rayonunda yanğın baş verib. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 35 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisində hər birinin həcmi 5 litr olan 2 ədəd propan qaz balonu və həyətyanı ərazidə 20 kv.m sahədə məişət tullantıları yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.