Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbə sakini Tərlan Məmmədov polis şöbəsinə gətirilib. Onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.