Bakının Xətai rayonu, Ukrayna dairəsində avtomobil alışıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verir.

“BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı digər avtomobillər yanğından mühafizə olunub. Avtomobil Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürülüb.

Həmçinin bu gecə Xəzər rayonunda “QAZ” və Nəsimi rayonunda “Mazda” markalı minik avtomobillərinin yanar hissələri yanıb. Alışmalar FHN-in əməkdaşları tərəfindən söndürülüb.