Mayın 22-də paytaxtın Xəzər rayonu ərazisində avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Bu haqda bu gün, 24 may tarixində Report məlumat verib.
Tofiq İsgəndərov idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən piyada Almagül Quliyevanı vurub. Qadın yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən mayın 23-də ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.