Bakının Yasamal rayonu, Zərdabi prospektində yerləşən “Ziraat Bankı”nın qarşısında piyada səkisi bank tərəfindən zəbt olunub. Bu haqda bu gün, 24 may tarixində Transport for Baku Facebook səhifəsinə istinadən Bakuplus.az məlumat verir.

Qələbə dairəsinin yaxınlığında olan səkidə şlaqbaum quraşdırılıb, ərazidə isə avtomobillər park edilib. Həmin ərazidə piyada keçidi də mövcüddur, lakin həmin keçid birbaşa avtomobillərin dayandığı yerə çıxır.