Müğənni Rəqsanənin keçmiş kürəkəni həbs edilib. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.

Nəsimi rayon məhkəməsinin qərarı ilə Eşqin Cəlilov 30 sutka müddətinə azadlıqdan məhrum edilib. O, Rəqsanənin qızı Aysun İsmayılovanı ötən gün qıza məxsus gözəllik salonunda döyüb.

Bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb-söyüldüyünü bildirmişdi. Cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanmışdır.