Səbail rayonunda avtoqəza baş verib. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az xəbər verir.

Hadisə “Azneft” dairəsində qeydə alınıb. “Mercedes” və “Volkswagen” markalı avtomobillər hərəkətdə olan zaman toqquşub. Nəticədə ərazidə sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

“Azneft”də yol qəzası baş verib
Foto Bakuplus.az