Tofiq Bəhramov adına Respublika stadionunda idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
“Sağlam həyat” adlı günlərdə iştirakçılar müxtəlif idman növləri üzrə normativlər yerinə yetirəcəklər. Sonra həmin şəxslər müvafiq sertifikatlarla təltif olunacaqlar.
Tədbirlər 26-31 may tarixlərində saat 10:00-da 18:00-a qədər davam edəcək. İştirak sərbəstdir.