Nərimanov rayonu, Atatürk prospekti, 37 ünvanında yerləşən su emalı müəssisəsində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Belə ki, müəssisənin qeydiyyatdan keçmədiyi, döşəmələrə müvafiq materialların vurulmadığı, işçilər üçün xüsusi geyimin verilmədiyi və onların soyunub-geyinmə otaqları olmadığı, eləcə də tibbi müayinədən keçmədikləri məlum olub.

Bundan əlavə, suyun təqdim olunması üçün qablaşdırmanın olmadığı, suyu alıcıların özləri ilə gətirdikləri qablara doldurulması məlum olub.

Aşkar olunan faktlarla bağlı müəssisənin fəaliyyəti dayandırılıb.